Yasemen Qaraqoyunlu: Şüur dəyişincə dünya dəyişir  dedik...

Yasemen Qaraqoyunlu: Şüur dəyişincə dünya dəyişir  dedik...

Yasemen Qaraqoyunlu: Şüur dəyişincə dünya dəyişir  dedik...

İllərdir yazılarımızda və çıxışlarımızda Azərbaycan ictimai düşüncəsində inqilab təsiri yapa biləcək ideya və təkliflərlə  çıxış etdik. Toplum bu ideyaları qeyri real,  Xəyal ürünü kimi qarşılasa da,  bilirik ki, bu ideyalar zamanla gerçək olacaqdır. Bilirik, yolumuza davam edirik, zamanla  düşüncəni və dünyanı dəyişirik.   Bir toplumun içində böyük xəyallar bəsləyən idealist romantiklər (oysa ki, əsl gerçəkçi elə özüməm) oldukca o toplum siyasətə misyonlar yükləyə biləcəkdir. Bir millət siyasətə misyon yükləmək qabiliyyətini itirmişsə, yaşam bəhanəsi bula bilməyəcək qədər  ideyasızlaşmışsa, bitmişdir deməkdir.  Yaşama, topluma, millətə verilən  ideyalar onun ayaqda qalmasını təmin edən enerji qaynağıdır.  
Biz illərdirdir ki, sizə yaşam enerjisi, yaşam umudu verən ideyalarınızı səsləndiririk. Hər millətin, hər mədəniyyətin öz misyonu, öz yolu vardır. Biz də öz  yolumuzu çizməyə çalışdıq. 

1.Türkiyə hərbi bazaları Azərbaycanda yerləşməlidir dedik

2. Türkiyə Azərbaycan konfederasyonu qurulmalıdır dedik. Bir millət bir dövlət projesi gələcəyin inşasında əsas strateji proje, yoldur dedik.

3. Bölgəmizdə qurulmuş Rusiya-Ermənistan- İran blokuna qarşı  Türkiyə- Pakistan- Azərbaycan hərbi strateji bloku qurulsun dedik
Qarabağın işğaldan azad edilməsində bu blokun qurulmasının yaratdığı avantajlar bizə yardım edəcəkdir. Bu blok İran- Rusiya-Ermənistan blokunu təsirsiz hala gətirəcəkdir dedik

4. Ermənistanı dövlət edəcək coğrafi şərtlər yoxdur, Ermənistan sərhədləri Quzey-Güney Azərbaycan, Borçalı və Türkiyə türkləri ilə çüvrili isə, Ermənistan dövlət yox, kiçik erməni anklavı olacaqdır. Bu anklavı da ortadan qaldırmağın tək yolu Ermənistan vətəndaşı olan  türklərinin Ermənistana qaytarılmasıdır dedik. Ermənistanı dövlət kimi var edən Batı mərkəzli uluslararası konyuktur çökür dedik. Bu tarixi fürsətdən yararlanaraq Türk dünyasının bağrına saplanmış "Erməni məsələsi"ni kökündən yox etməliyik dedik. "Erməni məsələsi"ni yox etməyin 3 yolu var dedik. Bütöv Azərbaycan qurulmalı-İranda türk dövlətçiliyi bərpa edilməlidir(ilk baxışda bunlar bir-birini istisna edən  zidd, alternativ ideyalar kimi görünsə də, əslində bir- birini tamamlayan prosesdir ki, bu barədə ayrıca bir məqalə yazsaq daha yaxşı olar ), Rusiyanın 22 federasiya subyektinin 21 türk-müsəlmandır. Orada türk-İslam ideyalarını diri tutmalıyıq. Borçalı türklərinin muxtariyyətinə nail olmalıyıq.

5. Zehniyyətlərdə və fəlsəfələrdə Vestfaliya müqaviləsindən günümüzə qədər Batının bütün dünyanın mərkəzi olma alqısı çökməkdədir. Batı mədəniyyəti universal deyil, lokal mədəniyyətdir. Batı mədəniyyəti tarix boyu gəlmiş keçmiş mədəniyyətlərdən sadəcə biridir. Batı dəyərləri universal dəyərlər deyil, sadəcə Batıya aid dəyərlərdir. Bütün mədəniyyətlər dəyər ürətir. Heç bir mədəniyyət kürəsəl hegemonluq qurma haqqına malik deyil. XX- XXI yüzildə də Yer üzündə Batı Mədəniyyəti ilə paralel Hind, Çin, İslam, Slavyan, Türk, İran və.s kimi mədəniyyətlər mövcud olmuşdur. Batı mədəniyyəti heç bir zaman kürəsəl mədəniyyət olmamışdır. Batı heç bir zaman dünyanın mərkəzi olmamışdır, olamaz dedik. Məhz bundan çıxış edərək, Avro-Atlanrik mərkəzli tək qütblü dünya quruculuğuna son verilməlidir. Çox qütblü dünya qurulmalıdır dedik. Türk millətinin imperiya qürurunu diriltməliyik, bərpa etməliyik dedim.

6. Türk milləti Çox qütblü dünyanın bir qütbü kimi şəkillənmək və yenidən inşa olunmaq məcburiyyətindədir. Türk milləti bütün müsəlman və xristian türk dövlətlərini birləşdirərək bir Turan qurmalıdır dedik. Turan Ordusu 3- 4 milyonluq bir əsgıri gücə sahib olacaqdır və NATO ilə yarışacaq bir milli ruha,  qaynağa, tarixi ənənəyə sahibdir. Türk millətinin təhlükəsizliyini və müdafiəsini öz ordusu-Turan ordusu qorumalıdır dedik.

7. TURAN birliyinin qurulması Avrasiyada yeni geopolitik, geostrateji dəngələrin qurulmasına səbəb olacaqdır. Siyasi xəritələr və bloklar dəyişəcəkdir. NATO, KTMT, AB, BMT təşkilatları bölünəcək və dəyişikliyə uğrayacaqdır. Avro-Atlantik blokun (Qərbi Roma) və Rusiyanın (Şərqi Roma) birlikdə qurduqları dünya sistemi, hegemonyası çökəcəkdir. Asiyada, Afrikada, İslam, İnduist, Turan dünyalarında 300 ildir təbliğ edilən "Batı mədəniyyətinin üstünlüyü" düşüncəsi çökəcəkdir dedik. Batı mədəniyyəti Renessans çağında Allahı öıdürdü, İndustrial çağda Təbiəti öldürdü, Post İndustrial çağda isə İnsanı öldürməyə çalışır dedik. Yalnız Allahı, Təbiəti, İnsanı, Ailəni, Həyatı, Yaşamı, Ədaləti, Eşitliyi qoruyan mədəniyyətlər Universaldır, Batı mədəniyyəti yaşadan deyil, öldürən mədəniyyətdir. Yer üzündə ekiloji fəlakətlər yaradaraq Yaşamı təhdid edən bir mədəniyyətdir dedik.

 8. NATO bloku Avro-Atlantik blokun maraqlarını qoruyan, Turanı təhdid edən bir blokdur dedik. Batı mədəniyyətinin üstünlüyü ideyaları çöktükcə, NATO da kiçik, marijinal bir hərbi bloka çevriləcəkdir dedik. Batı  bloku və dəyərləri kiçilərək öz sınırlarına çəkiləcəkdir dedik.

9. Batı blokunun və Rusiyanın 200 illik kürəsəl gücü, yayılmaçılığı, sömürgə və işğalları  Batı Fəlsəfəsinin doğurduğu kapitalizm və sosializm tezis- antitezisləri ilə yeni  dünya quruculuğunun həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Qərbi Romanın varisi Avro-Atlantik blok  rasionalizm, pozitivizm, sekulyarizm, empirizm, liberalizm, kapitalizm, demokratiya, praqmatizm, insan haqları, ulus  dövlətləri, açıq toplum ideyaları ilə, Şərqi Romanın (Bizansın) varisi Rusiya  ateizm, materializm, qapalı toplum, avtoritarizm, diktatorluq, sosializm-kommunizm, kosmopolitizm ideyaları ilə kürəsəl güc və yayılmaçılıq siyasətləri həyata keçirmişlər. Bu iki dünyanın müstəmləkəsi və sömürgəsi olan Türk -İslam dünyası XXI yüzildə yenidən dirçəlməli, təşkilatlanmalı, güc mərkəzinə çevrilməlidir dedik. 

10. Türkiyə və Türk Milləti  Türklüklə Çindən Adriatik dənizinə qədərki 10 milyon kv.metirlik  bir coğrafiyada -Turan Bloku quraraq yeni bir mədəni- siyasi- hərbi- iqtisadi gücün yaradıcısı olmalıdır dedik. Hər bir siyasi güc və blok öz kosmoloji dünyası, dəyərləri, hüquq anlayışı, ədalət və Haqq anlayışı, Allah anlayışı olan mədəni bir sistemdir dedik. Turan bloku da  Turan mədəniyyətini təmsil edən bir gücdür dedik.

11. Türkiyə  Türk-İslam sivilizasiya dəyərlərini təmsil etməklə 1, 5 milyard müsəlman dünyasına, Asiyaya, Afrikaya, Ərəb Yarımadasına, İrana, Rusiyaya, Uzaq Asiyada İndoneziya, Sinqapur, Malyaziya ölkələrinə- bütövlükdə Avrasiyanın 3 də birinə hökm etmək, yönləndirmək, gücləndirmək, Ədaləti və Eşitliyi qorumaq,  yaymaq gücünə və tarixi ənənəsinə, eyni zamanda misyonuna sahibdir dedik.

12. Türk Millətinin yaradılış misyonu  yer üzündə Cahan imperatorluğu qurub doğunu və batını, farklı dilləri, dinləri və kültürləri yönləndirmək, uzlaştırmaq, ədalət və güvəni təsis etməkdir dedik.

Biz bunları dedik. Sən siyasətçi deyilsən dedilər. İcazə verin soruşum ki,  bəs siz siyasətçilər nə yapırsınız?  
1. Az bir qism  bizim  irəli sürdüyümüz,  müəllifi olduğumuz   bəzi ideyaların, konsepsiyaların  ki, bu gün  reallaşmaqdadır, televizyonlarda onu şərh etməklə məşğulsunuz. 
2. Hələdə Avroatlantik bloku,  bu blokun təşkilatları olan NATO və BMT -ni dünyanın mərkəzi hesab edən çox qism isə  bizi xəyalpərəst, millətçi,  özlərini isə ciddi,  gerçəkçi hesab edərək  praqmatik, rasional, kosmopolit görünməyə çalışmaqla Qərb institutlarının diqqətini çəkmək üçün uğraşırlar.

Biz şüuru dəyişirik. Şüur dəyişincə gerçəklər dəyişir, dünya dəyişir...

Güncelleme Tarihi: 26 Kasım 2021, 15:10
YORUM EKLE


Fatal error: Call to a member function set() on null in /home/habererk/domains/habererk.com/public_html/index.php on line 344